Məhdudiyyətlər hökumətin verdiyi qərarlardan asılıdır və epidemioloji vəziyyətlə əlaqədar dəyişdirilə bilər. Lokal bağlanmalar, həftəsonu izolyasiya tədbirləri ola bilər.
Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.
Ramazanla bağlı xüsusi dəyişiklik olmadığını vurğulayan F. Sədirov bayramda da karantin qaydalarına daim əməl edilməsi lazım olduğunu qeyd edib:
“Ramazan bayramında da karantin davam edir. Əl gigiyenası, sosial məsafə kimi qaydalara riayət etməliyik. Bunlara mütləq şəkildə hər yerdə əməl edilməlidir”, - o bildirib.