Qarabağda DOST mərkəzləri açılacaq

Bakıda 5 saylı DOST mərkəzinin açılması gözlənilir. Həmin mərkəzin açılışından sonra artıq bütün paytaxtı əhatə etmək mümkün olacaq. Bundan başqa, Bərdə və Quba rayonlarında da DOST mərkəzlərinin açılması nəzərdə tutulub. Bunun ardınca isə Gəncə şəhərində DOST mərkəzinin açılması gözlənilir.

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin feysbuk səhifəsində “Sosial saat”da çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

Onun verdiyi məlumata görə, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesindən sonra Cəbrayıl və ya Füzuli rayonlarının ərazisində böyük DOST regional mərkəzinin yaradılması, həmçinin də Şuşa şəhərində DOST filialının açılması nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR