x
Loading...
.

UEFA Avropa Super Liqasına qoşulan 9 klubla bağlı qərarını açıqladı

.

UEFA Avropa Super Liqasında iştirak etmək istəyən 12 klubdan 9-u -"Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi", "Tottenhem" (hamısı İngiltərə), "Atletiko" (İspaniya), "Milan" və "İnter" (hər ikisi İtaliya) ilə bağlı qərarını açıqlayıb.

Metbuat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komandalara qarşı heç bir sanksiya tətbiq olunmayıb.

Buna həmin klubların səhvlərini başa düşməsi və futbol ictimaiyyətindən üzr istəməsi səbəb olub.

Amma bu kollektivlərin qarşısına müəyyən tələblər qoyulub. Onlar Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.

Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub. Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldığını açıqlayıb. / Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR