x
Loading...
.

Radioaktiv zəhərli göldə ŞƏKİL ÇƏKDİRDİLƏR: Xəbərdarlıq edilsə də... / FOTOLAR

.

Nüvə fəlakətinin baş verdiyi bölgəyə yaxın Uralın Bali adı ilə tanınan Kaolin gölü fotoşəkillərdə olduqca gözəl görünsə də, girməməyi tez-tez xatırlatdıqları bir yerdir.

Metbuat.az xəbər verir ki, suyun mavi rəngi keramika üçün də istifadə olunan kaolin mineralının və H2O ilə reaksiyası nəticəsində yaranan təhlükəli maddədən alır.

Rusiyanın yerli saytları bölgəni may ayında ziyarət olunan yerlərin siyahısında, ilk sırada bu yerə qadağa qoysa da, təhlükə camaatı narahat etmir. Yerli sakinlər tərəfindən "Bali" adlandırılan bu yer, göz qamaşdıran daşlı ağ sahilləri ilə, dərin mavi sularının möhtəşəm birləşməsi ilə turistlərin diqqətini özünə çəkir. Göldə çimmək tövsiyə olunmur, turistlər sahillərində gəzintiyə çıxaraq fotosessiya edirlər.

Qeyd edək ki, bu göl 1957-ci ilin sentyabrında, Ural dağlarındakı Kiştim yaxınlığında gizli saxlanılan Mayak nüvə yanacaq zavodundakı partlayış zamanı çirklənərək, təhlükəli vəziyyətə səbəb olub.

Metbuat.az Kaolin gölünün fotolarını təqdim edir.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR