Məşhur fotoqraf işğaldan azad olunan Şuşadan yazdı -

Dünyaca məşhur Azərbaycan əsilli fotoqraf Reza Deqati Şuşa ilə bağlı daha bir paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, “Facebook” hesabında 1992-ci ildə işğaldan əvvəlki və 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azadlığına qovuşan Şuşadan bəhs edib.

Deqati 1992-ci ilin aprel ayında Şuşa mühasirəyə alındığı vaxt şəhərdəki sonuncu fotojurnalist olduğunu və şəhərdən çıxmaq üçün dar dağ cığırından istifadə etdiyini bildirib. Onun sözlərinə görə, mayın 8-də şəhər ermənilərin əlinə keçdiyi vaxt çox sayda insan həlak oldu, qalanları isə qaçmaq məcburiyyətində qaldı.

“Ermənistanın işğalçı hücumu bütün Qarabağda milyondan artıq insanı öz evlərindən didərgin saldı, 30 mindən artıq insan həlak oldu, yaralandı”, - deyə o əlavə edib.

Deqati 28 il əvvəl Şuşanı ayaqyalın tərk etmək məcburiyyətində qalan insanların Vətənə qayıtma arzusu ilə böyüyən uşaqlarının Vətən müharibəsində artıq başqa geyimdə öz yurdlarına qayıtdıqlarını vurğulayıb.

“Şuşa döyüşləri gələcəkdə bütün hərbi akademiyalarda dərslərə salınacaq”, - deyə Deqati sözlərini yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR