“Eurovision” şərhçilərimizin adları

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində şərhçilərinin adını açıqlayıb.

Metbuat.az xəbər verir ki, İTV-nin efirində canlı şəkildə yayımlanacaq mahnı şousunun Azərbaycan üzrə şərhçiləri müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.

Qeyd edək ki, Murad Arif bundan əvvəl də müsabiqənin şərhçisi, Hüsniyə Məhərrəmova isə müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri olub.

“Open up!” şuarı ilə reallaşacaq müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək.

“Eurovision-2021”də təmsilçimiz Efendi “Mata Hari” mahnısı ilə birinci yarımfinalda çıxış edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR