x
Loading...
.

Azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

.

“Ərazi bütövlüyümüz təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb”.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görülür:

“Son iki ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb. May ayının sonunadək daha altı yeni hərbi hissənin təmir-tikintisi yekunlaşacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR