x
Loading...
.

48 yaşlı qadın intihar etdi

.

Qubada intihar hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Vladimirovka kəndində qeydə alınıb.

Rayonun Qəcər-zeyid kəndində qeydiyyatda olan, Vladimirovka kəndində yaşayan 1974-cü il təvəllüdlü Xatirə Xasbala qızı Nurullayeva bu gün 13:30 radələrində yaşadığı evin birinci mərtəbəsində asaraq özünü öldürüb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər. Mərhumun cibindən əlyazması olan məktub tapılıb. Mərhumun psixoloji problemi olduğu, bir neçə gün əvvəl də kimyəvi məhlul içərək özünə qəsd etmək istədiyi bildirilir.

Qeyd edək ki, mərhum ailəli olub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR