x
Loading...
.

Güclü külək Gəncədə ciddi fəsadlar törətdi - FOTOLAR

.

Güclü külək Gəncədə ciddi fəsadlar törədib.

Metbuat.az xəbər verir ki, təbbi fəlakət nəticəsində şəhərdə iri gövdəli ağaclar aşıb, qaz xətlərində qəza vəziyyəti yaranıb.

Həmçinin bir sıra yaşayış massivlərində də iri gövdəli ağaclar aşıb. Təbii qzın verilişində problemlər yaranıb. Bəzi evlərin dam örtüyünə də ciddi ziyan dəyib.

İlkin məlumata əsasən təxminən 300-ə yaxın abonentin mənzilinə verilən mavi yanacaqda fasilələr yaranıb.

Hazırda Gəncə şəhər Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aşan ağacların yaşayış massivlərindən götürülməsi istiqamətində işlər aparılır.

Paralel olaraq, Gəncə şəhər Qaz İstismarı İdarəsi tərəfindən mavi yanacaqla bağlı problemlə üzləşən abonentlərə qazın verilməsi istiqamətində işlər görülür.








Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR