Bakıda avtomobil 4 piyadanı vurub, ölən var

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Gülarə Qədirbəyova küçəsində “BMW” markalı avtomobil 3-ü qadın olmaqla, bir ortayaşlı oğlanı vurub.

Məlumata görə, onlar işlədikləri mağazadan çıxaraq piyadalar üçün müəyyən edilməmiş hissədən keçirmiş. Yol qəzası nəticəsində 3 qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 28 yaşlı Rauf Məmmədov isə hadisə yerində ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR