Karantin bitdi, yüzlərlə insan küçələrə maskasız

İspaniyada yeni növ koronavirus (Covid19) epidemiyasına qarşı mübarizədə tətbiq olunan fövqəladə karantin rejiminin sona çatmasını, ictimaiyyət maskasız və sosial məsafə olmadan küçədə part təşkil etmək ilə qeyd edib.

Metbuat.az-ın məlumatına görə, 6 aydır ölkə daxilində tətbiq olunan sərt karantindən sonra, İspaniyada koronavirus epidemiyası başa çatıb. Bu münasibət ilə minlərlə insan ölkənin müxtəlif şəhərlərində meydanlara axın ediblər. Madridin Puerta del Sol meydanına əsasən gənclərdən ibarət olan kütlə, maska istifadə etmədənə, epidemiyanı unudub mahnı oxuyub rəqs ediblər.

İspaniyada fövqəladə vəziyyətin ləğvi ilə restoranlar və kafelər yenidən istifadəyə verilməyə başlayıb. Restoranlar saat 23: 00-a qədər açıq olacaq, ancaq ən çox dörd nəfər bir masa arxasında otura bilərlər.

Fövqəladə vəziyyətin bitməsindən sonra İspaniyanın bölgələri arasında səyahət qadağaları da ləğv edilib. Amma ölkədəki Kanar, Balear adalarında, Navarra və Valensiyada komendant saatları davam edəcək. İspaniyada son 14 gündə koronavirus xəstələrinin sayı 100 mindən 198-ə düşüb. Son məlumatlara görə, ümumilikdə 3 milyon 567 min 408 yoluxmanın qeydə alındığı ölkədə ümumilikdə 78 min 792 nəfər virusdan həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR