Əl-Əqsa məscidində bomba səsləri eşidilir -

İsrail polisi Əl-Əqsa məscidində yəhudilərin mümkün basqınına qarşı mövqe tutan fələstinlilərə növbəti dəfə müdaxilə edib.

Metbuat.az xəbər verir ki, asayiş keşikçiləri plastik mərmilərdən və səs bombalarından istifadə edib.

Xatırladaq ki, fələstinlilər fanatik yəhudilərin Əl-Əqsa məscidinə mümkün basqınına qarşı müqəddəs məkanda barikadalar qurub.

İsrailin Qüdsün şərq hissəsini işğal etdiyi 1967-ci ildəki 6 günlük müharibənin ildönümü may ayının 9-u və 10-u tarixlərinə təsadüf edir. Yəhudilər bunu “Qüds günü” kimi qeyd edir. Fanatik yəhudilər “Qüds günü” səbəbilə Əl-Əqsa məscidinə basqın etmək barədə çağırışlar edir.

Anar Türkeş / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR