Türkiyə ordusu şəhid verdi, 4 əsgər yaralandı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatını həyata keçirdiyi bölgədə terrorçular tərəfindən türk əsgərlərinə hücum edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bir türk əsgəri şəhid olub, dördü yaralanıb. Hadisə terrorçuların Türkiyəyə məxsus təchizat konvoyuna hücumu nəticəsində baş verib, hücumdan sonra terror qruplaşmalarına aid hədəflər məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR