Bakıda bu yol ötürücüləri üzərində hərəkət

Bu gün Bakının Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücüsü üzərində təmir işləri aparılacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq.

Təmir işlərinin axşam saatlarınadək aparılıb yekunlaşdırılması nəzərdə tutular. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR