İrəvanda dil-dil ötən Lavrov Bakıda niyə SUSDU? -

"Görünür, Sergey Lavrov İlham Əliyevin Naxçıvandan verdiyi mesajları nəzərə alaraq Bakıdakı görüşlərin mətbuata açıq hissəsində nə statusdan, nə münaqişənin həllindən, nə də həmsədrlərin birgə fəaliyyətindən danışdı. Ancaq Lavrov Zəngəzur dəhlizinin açılması vacibliyinə də toxunmadı. Halbuki, Bakıda ona daima 10 noyabr bəyanatı və orada kommunikasiya xətlərinin açılmasıyla bağlı bənd xatırladıldı".

Bu açıqlamanı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Metbuat.az-a açıqlamasında bildirib. Siyasi şərhçi, Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında İrəvanda dediyinə diqqət çəkərək bildirdi ki, Rusiya XİN rəhbəri kommunikasiya xətlərinin açılmasıyla bağlı dəqiq tarixi söyləmək çətin olduğunu bildirərək bu məsələlərin tərəflərin razılığa ilə həll olunmalı olduğunu deyib.

В Баку продолжается дискуссия вокруг вопроса: есть ли у Армении ядерное  оружие? — Новости политики, Новости Европы — EADaily

"Sergey Lavrov İlham Əliyevlə görüşdə Azərbaycanla Ermənistan sərhəddinin delimitasiya və demarkasiya ilə bağlı məsələlərinin olduğunu bildirdi: “Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər”. Deməli, bu məsələ Ermənistan qədər Rusiyanı da narahat edir.

Lavrov mətbuat konfransında azərbaycanlı jurnalistin “Ermənistanın minalanmış xəritələrin Azərbaycana təhvil verməməsini və Ermənistanda faşitlərin qəhrəmanlaşdırılmasını necə dəyərləndirirsiniz?” sualına elə cavab verdi ki, Ermənistanın xətrinə dəyməsin. Məsələn Lavrov minalarla bağlı problemin “humanitar məsələ” kimi qiymətləndirərək bunu “əsirlərin qaytarılmasıyla” əlaqələndirdi. Yəni demək istədi ki, Ermənistanın istədiyi bütün digər məsələlər həll olunduqdan sonra minalanmış ərazilərin xəritəsi Azərbaycana verilə bilər".

Elxan Şahinoğlu vurğuladı ki, Lavrov sualın ikinci hissəsinə cavab olaraq Ermənistanda faşist Njdeyə qoyulan abidəyə də toxunmadı: “Nasitlərin qəhrəmanlaşdırılmasını bir sıra Avropa ölkəsində, Baltik dövlətlərində və Ukraynada müşahiə edirik”. Lavrov bu sırada Ermənistanın adını çəkmədi. Bu yerdə Ceyhun Bayramov söz almaq məcburiyyətində qalaraq Ermənistanın Njde və Monte Melkonyan kimi faşistləri və terrorçuları qəhrəman kimi qələmə verməsindən tutmuş İrəvanda tanınmış siyasi və ictimai xadim Mahatma Qandinin heykəlinin yandırılmasına qədər olayları sadaladı. Lavrovun bu sözlərə heç bir reaksiyası olmadı.

İlham Əliyev Sergey Lavrovu qəbul etdi — YENİLƏNİB/VİDEO

"Lavrov İlham Əliyevlə görüşdə belə bir cümlə də işlətdi: “Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır”. Azərbaycan torpaqları uzun illər işğal altında qalanda, məscidlər, kitabxanalar, muzeylər dağıdılanda, yandırılanda bu nə Rusiyanı, nə də UNESCO-nu maraqlandırırdı. İndi isə Lavrov və UNESCO Qarabağda araşdırmalar aparmaq istəyirlər. Məqsəd azad edilmiş ərazilərdə ermənilərin iddia etdikləri, ancaq onlara aid olmayan qədim kilsələr haqqında hesabat hazırlamaqdır.

Beləliklə, Sergey Lavrovun əvvəlcə Ermənistana, daha sonra Azərbaycana səfəri yekunlaşdı. Heç nə baş vermədi. Lavrov sadəcə tərəfləri sakitləşdirməyə çalışdı və Azərbaycanı narahat edən heç bir məsələyə də aydınlıq gətirmədi".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR