ŞİDDƏTLİ BOMBARDMAN yaşanır: 5 dəqiqədə 137 raket atıldı

Həmas təşkilatının İsrailə atdığı raketlərdən bəziləri “Dəmir qübbə” müdafiə sistemlərini aşaraq Aşdod və Aşkelon şəhərlərinə düşüb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, “Qassam Tuğayları” 5 dəqiqə ərzində İsrail istiqamətində 137 mərmi atıb. Fəsadlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Əl-Əqsa məscidində yaşanan gərginlik toqquşmalara çevrilib. Qəzzadan İsrailə atılan raket zərbələrinə Təl-Əviv cavab verib. İsrail qırıcılarının Qəzza zolağını bombalaması nəticəsində 26 dinc insan həlak olub.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR