Bakıda maşın qaçıran şəxslər tutulub

Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə mayın 10-da rayon ərazisində yerləşən avtomobil salonlarının birindən dövlət qeydiyyat nişanlı olmayan “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Metbuat.az DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri İ.Hüseynov və İ.Sadıqov avtomobillə birlikdə saxlanılıblar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR