x
Loading...

Ukraynanın Baş nazirinin Azərbaycana səfəri planlaşdırılır

.

Ukraynanın Baş naziri Denis Şmıqalın rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun sonlarında Azərbaycana səfəri planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ukrayna Nazirlər Kabinetindəki mənbədən məlumat verilib.

Denis Şmıqalın səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

Görüşlərdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması üçün həyata keçiriləcək layihələr, infrastruktur, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR