x
Loading...
.

Meydana 7 futbolçu ilə çıxdılar - VİDEO

.

Boliviya çempionatının 7-ci turunda "Stronqest"lə qarşılaşan "Royal Pari" oyuna 7 futbolçu ilə çıxıb.

Metbuat.az xəbər verir ki, yarışın lideri futbolçularının koronavirusa yoluxması səbəbindən bu çətinliklə üzləşib.

Artıq görüşün 8-ci dəqiqəsində meydan sahibləri azlıqda olan rəqibinin qapısından 3-cü topu keçirib. Daha sonra qonaqların müdafiəçisi zədələnib və oyunu tərk etməli olub. Bundan sonra komanda 6 oyunçu ilə qalıb və qaydalara görə matça davam edə bilməyiblər. Beləliklə, meydan sahibləri qələbə qazanıb.

Bu nəticədən sonra "Stronqest" xallarını 16-ya çatdıraraq liderliyə yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR