x
Loading...

Ermənistan təhlükəli oyun OYNAYIR: Prezident XƏBƏRDARLIQ ETDİ

Xəbər verdiyimiz kimi, mayın 10-da Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Həmin görüşü Metbuat.az-a şərh edən politoloq İlyas Hüseynov bildirdi ki, görüş əsnasında prezident İlham Əliyev Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına dair önəmli tezislər səsləndirmişdir.


“Prezident İlham Əliyev bildirdi ki, Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir. Bu ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Son dövürlər Ermənistanda artan azərbaycanafobiya orada həm müxalifəti həm də iqtidarı birləşdirir. Azərbaycan ərazilərini yenidən işğal etməklə bağlı Errmənistanda səsləndirilən fikirlərə münasibət bildirən prezident İlham Əliyev bu məqamın çox narahatverici olduğunu qeyd edib.

Dövlət başçısı vurğuladı ki, hərbi əməliyyatlar başa çatandan sonra, bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik”.

Politoloq keçmişə nəzər salaraq qeyd etdi ki, birinci Qarabağ müharibəsində Ermənistan tərəfinə itkin düşən və həlak olan şəxslərin cəsədlərinin tapılması istiqamətində heç bir xəbər verilməmişdir. Təqribi rəqəmlərə görə bu dörd min soydaşımızı əhatə edir.

“Eyni zamanda dövlət başçısı qeyd etmişdir ki, Rusiya ilə Azərbaycanın strateji tərəfdaş kimi bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparacaqlarına ümid etmək olar. Ali baş komandan dedi ki, hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir.

İkitərəfli görüş zamanı Prezident İlham Əliyev Rusiya XİN başçısı Sergey Lavrova Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna da toxunaraq qeyd edib ki, “Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın”. Ölkə başçısı əlavə edib ki, “Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun. Buna görə bir daha sağ olun”. Lavrov isə qeyd edib ki, hazırda Qoşulmama Hərəkatında sədrlik edən dövlətin başçısı kimi Rusiyanın bu qurumda müşahidəçi statusu almaq barədə sifarişini dəstəklədiyinə görə, Prezident İlham Əliyevə ayrıca minnətdarlığımı bildirmək istəyir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR