Son sutkada "Covid-19"a yoluxanların sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb,1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 328 159 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib, aktiv xəstə sayı 13 662 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 155, ötən müddət ərzində isə ümumilikdə 3 353 167 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR