İmran Xandan Fələstinə dəstək: Məni ittiham edin, raket atdım

Pakistanın Baş naziri İmran Xan Qəzza zolağında baş verən hadisələrə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o Fəlsətin xalqının yanında olduğunu bildirib. Hökumət başçısı fikirlərini ABŞ-da anadan olan yəhudi əsilli fəlsəfə alimi Noam Çomskinin sözləri ilə ifadə edib:

“Mən Pakistanın Baş naziriyəm və biz Qəzza, Fələstinin yanındayıq. Siz suyumu kəsirsiz, zeytun ağaclarımı yandırırsız, evimə od vurursuz, işimi əlimdən alırsız, torpağımı ələ keçirirsiz, atamı həbs edirsiz, anamı öldürürsüz, ölkəmi bombalayırsız, hamımızı ac saxlayırsız, hamımızı təhqir edirsiz. Amma yenə də məni ittiham edin: Raket atdım”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR