x
Loading...

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

.

"Bütün dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edirəm. Onlara Allahdan xoşbəxtlik arzu edirəm. Bilirsiniz ki, Qurani-Kərim də bu ayda göndərilib. Bu gün biz bu müqəddəs ayı yola salırıq. Allah gələcəkdə də bizə bu ayda oruc tutmağı nəsib eləsin".

Metbuat.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.

"Biz çox xoşbəxtik ki, bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində torpaqlarımız işğaldan azad olundu və öz sahiblərinə qayıtdı", - deyə o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR