x
Loading...
.

Ermənistanın "silah baronu" Avropa Məhkəməsinə müraciət edəcək

.

Ermənistan ordusunu silahla təchiz edən, bir müddət əvvəl həbs edilmiş David Qalstyan ("Patron Davo") Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir.

Metbuat.az xəbər verir ki, bu barədə onun vəkili Armen Arutyunyan bildirib.

Onun sözlərinə görə, məhkəmələr işə baxarkən müstəqil qərar verməyiblər. Belə ki, vəkillərin onlara təzyiq göstərdiklərinə dair dəlillər var.

Vəkil, həmçinin deyib ki, Avropa Məhkəməsinə ünvanlanacaq hazır şikayət var, bir neçə gün ərzində göndəriləcək.

Qeyd edək ki, Qalstyan Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur. Hüquq-mühafizə orqanı fevralın 1-də onu saxlayıb. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal edilən eyni təyinatlı hərbi texnika satıb.

“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR