Putinlə Paşinyan Qarabağdan danışdı:

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri əvəzi Nikol Paşinyan arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barəədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair müzakirələr davam etdirilib. Ermənistan – Azərbaycan sərhədindəki son hadisəyə dair fikir mübadiləsi zamanı prezident Vladimir Putin Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və cari il 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarını dəqiq icra etməyin vacibliyini vurğulayıb”, məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR