x
Loading...

Türkiyədəki "Formula 1" yarışı ləğv edildi

.

"Formula 1" üzrə Türkiyə Qran-prisi ləğv olunub.

Metbuat.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Qran-pri koronavirusa görə səyahət məhdudiyyətləri səbəbindən baş tutmayacaq. Əvəzində 18 - 20 iyunda Fransada, 25 - 27 iyun və 2 - 4 iyulda Avstriyada yarışların keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək. Türkiyədəki turnir 11 - 13 iyunda planlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR