Avropa İttifaqından sərhəddəki vəziyyətlə bağlı bəyanat

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.

Metbuat.az-ın xəbərinə görə, bəyanatda qeyd olunub ki, Aİ Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti yaxından izləyir.

"Mənim adımdan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistan xarici işlər naziri Ara Ayvazyan, mayın 14-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, hər iki tərəfi son dərəcə təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırıb. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb", bəyanatda qeyd olunub.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır: "Biz iki tərəf arasında texniki səviyyədə davam edən təmasları alqışlayırıq. Aİ münaqişənin hərtərəfli həllini dəstəkləyir və hər iki ölkəni regiondakı sabitliyi qoruyaraq sülh yolu ilə həlli tapmağa təşviq edir". / APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR