Ukraynada hökumət böhranı: 3 nazir istefa verdi

Ukraynanın iqtisadi inkişaf naziri İqor Petraşko, səhiyyə naziri Maksim Stepanov və infrastruktur naziri Vladislav Krikli istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyası məlumat yayıb.

Məlumata görə, hər üç nazirin istefa ərizəsi Ali Radaya daxil olub.

“Xalqın xidmətçisi” partiyasından verilən məlumata görə, istefaya səbəb Ukrayna Prezidenti Vladimir Zelenskinin onların fəaliyyətindən narazı qalmasıdır. / Axar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR