Azərbaycan hərbçiləri Göyçə gölündə əllərini yuyacaq -

"Ermənistanla dövlət sərhəddinin Laçın rayonu istiqamətində sərhədlərin delimitasiyası prosesində Qaragöl Azərbaycanın nəzarətinə keçib. Qeyd edim ki, SSRİ vaxtında bu göldən hər iki tərəf istifadə edib. Amma, göl Azərbaycanın dövlət qoruğu balansında olub. Ermənistan işğal dövründə bu gölü öz sərhədləri hüdüdlarına daxil edib".

Bu açıqlamanı Məhəmməd Əsədullazadə Metbuat.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, dövlət sərhədlərinin müəyyənləşməsi 10 noyabr birgə Bayənnaməsinə uyğun olaraq aparılır.

NATO Türkiyə vasitəsi ilə Azərbaycanla hərbi əlaqələri inkişaf etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ » YeniSözçü qəzeti

"Artıq Moskvadan da açıqlamalar verilir ki, sərhədlərin müəyyənləşməsi birbaşa məlum bəyannaməyə uyğun olaraq aparılmalıdır. Nikol Paşinyanın Vladimir Putinə zəngləri heç bir nəticə vermir. Hətta rəsmi kömək istəməsinə baxmayaraq Azərbaycan tərəfi möhkəmləndiyi ərazilərdən çıxmayacaq. Bir tərəfdən bu proses N. Paşinyanın seçki təbliğatına mənfi təsir edir və burada da Moskva maraqlı tərəfdir. Azərbaycan isə əlverişli situasiydan istifadə edib, ciddi nəticələr əldə edir.

Ermənistan tərəfinin ciddi şəkildə prosesə Rusiya, Fransa və ABŞ-ı cəlb etməsinə baxmayaq, rəsmi Bakı konkret olaraq öz mövqeyində qalır. Çünki, geri çəkilmək Azərbaycanın Qarabağdakı proseslərdə mövqeyinə mənfi təsir etməklə yanaşı, Qazaxın yeddi kəndi və NMR Kərki kəndinin Ermənistanın nəzarətində qalması ilə nəticələnə bilər".

Məhəmməd Əsədullazadə deyir ki, bu gün Ermənistanın silahlı qüvvələri Azərbaycanın ərazisindədir. Məhz Qrabağda silahlı erməni birləşmələri qalır, Qazaxın yeddi kəndi də onların nəzarətindədir. Azərbaycan konkret olaraq Rusiya, Fransa və ABŞ-a məhz bu detalları xatırlatmalı və "geri çəkiləcək varsa, bu Ermənistan tərəfi olmalıdır"- deməlidir.

"Nə qədər ki, erməni silahlıları Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalıb və Qazaxın yeddi kəndi boşalmayıb Ermənistana ciddi təzyiqlər labüddür. Qeyd edim ki, dövlət sərhədlərinin SSRİ dövründəki xəritəsi həm Bakıda, həm Yerevanda və Moskvada var. Daha dəqiqləşmə üçün Moskvada saxlanılan xəritələrdən istifadə edilə bilər. Amma, Ermənistanın buna razılaşmayacağı şübhəsizdir. Bir müddən bundan əvvəl Ermənistan tərəfindən Zəngilan istiqamətindən Azərbaycan hərbçilərinə atəşin açılması və yeni planların qurulması Azərbaycanın hərəkətə keçməsi ilə nəticələndi.

Hazırda sərhədlərin delimitasiya məsələsində Moskva reallığı bildiyi üçün Azərbaycana təzyiq edə bilmir. Hazırkı prosesdə Rusiya da Azərbaycanla əlaqələri pozmayacaq. Azərbaycan Ermənistana ciddi təzyiqlər edir ki, təxribatçı fəaliyyətindən və Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etsin. Həmçinin Qarabağdakı erməni separatçılarının silahlı birləşmələrinə logistik dəstəyi geri çəksin".

Məhəmməd Əsədullazadə xüsusilə vurğuladı ki, Fransanın mövqeyi reallığa təsir edə bilməyəcək. Prezident İlham Əliyev Zəngəzurla bağlı siyasətində ciddi irəliləyişlər əldə edir. Bu, Qarabağda erməni separtizminə böyük zərbədir. Sabah, Azərbaycan hərbiçiləri Göyçə gölündə əllərini yuya bilər.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR