x
Loading...

Tanınmış azərbaycanlı müğənni XTQ hərbçisi ilə nişanlandı - FOTO

.

Əməkdar artist Nigar Şabanova efirdə ona evlilik təklif edən hərbçi ilə nişanlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, bu gün "hə" mərasimləri olub:

"Aylardır hamının sualının cavabını bu gün deyim. Hərbçimizə bu gün nəhayət "hə" dedim. Xüsusi təyinatlı qüvvələrin giziri, həyatıma xoş gəldin. Hər kəs bilir ki, XTQ şəklini paylaşmağa icazə yoxdur. Nazlı qayınanam İlhamə ana ilə şəklimi paylaşıram. İnşallah, toy şəklimizdə görünər. Hərbçi xanımları, artıq mən də sizin sıranızdayam. Allah bizlərə bitməz, tükənməz sevgi və güc versin" - deyə, Nigar bildirib.

Qeyd edək ki, ifaçı "Həmin Zaur" proqramında qonaq olarkən efirə zəng edən hərbçi ona evlilik təklifi etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR