x
Loading...
.

Ronaldodan fantastik göstərici

.

İtaliya A seriyasının 37-ci turunda keçirilən "İnter"lə matç "Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Metbuat.az xəbər verir ki, 36 yaşlı hücumçu görüşdə fərqlənməklə karyerası ərzində vurduğu qolların sayını 777-yə çatdırıb.

Ronaldo 7-ci qolunu "Sportinq"də, 77-ci qolunu "Mançester Yunayted"də, 777-ci qolunu isə "Yuventus"da vurub.

Qeyd edək ki, qarşılaşma "Yuventus"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR