x
Loading...
.

Qasım Süleymaninin öldürülməsini o əmr edib - ŞOK DETALLAR üzə çıxdı

.

İranın “Qüds” korpusuun komandiri olmuş general Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən əməliyyatın təfərrüatları açıqlanıb.

Metbuat.az cebhe.info-ya istinadən xəbər verir ki, təfərrüatı ABŞ kəşfiyyatının hesabatına əsasən "Hərbi icmalçı" Telegram kanalı yayıb.

Mənbə bildirib ki, 2020-ci ilin əvvəlində öldürülən generalın yeri casus proqramı vasitəsilə müəyyən olunub. Ancaq bu qısa müddət üçün effektli olub. Aparat tez-tez dəyişdirilib, buna görə də sonra bu vasitə uğursuz hesab olunub.

Süleymaninin təyyarsi Bağdadda yerə enməyə qısa müddət qalan amerikalılara 3 mobil telefon təqdim olunub. Bunlar sırf generalın şəxsən istifadə etdiyi nömrələr olub.

Bağdadın şərq hissəsi təlimlər üçün bağlanıb. Həmin ərazidə snayperlərdən ibarət 3 "Delta" qrupu işləyib. Operativ məlumatları məxfi bölmənin bir neçə qrupu toplayıb. Süleyaninin yerinin müəyyən olunmasından qısa müddət əvvəl ABŞ-ın müttəfiqi olan kürd xüsusi təyinatlıları aeroport əməkdaşlarının geyimində əraziyə gəlib.

Bu zaman Bağdad səması üzərində "MQ-9 Reaper" pilotsuz aparatı keşik çəkib. Komanda verildikdən sonra Süleymaninin hərəkət etdiyi yola zərbələr endirilib.

Bu yolla həmçinin İraq şiələrinin loderlərindən olan Əbu Mehdi əl-Mühəndis də hərəkət edib. İkinci avtomobil sürəti artırıb, ancaq snayper onu da hədəfə ala bilib.

Süleymani 3 yanvarda raket zərbəsi nəticəsində öldürülüb. Generalla bərabər onu müşayiət edən bir neçə nəfər və əl-Mühəndis də həlak olub. Tehran buna cavab olaraq 8 yanvarda Amerikanın obyektlərinə bir neçə raket zərbəsi endirilib.

Pentaqon bildirib ki, Süleymaninin məhvi barədə tapşırığı şəxsən prezident Donald Tramp verib. Ona isə bu ideyanı milli təhlükəsizlik məsələləri üzər müşavir Mayk Pompeo verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR