ACI XƏBƏR indicə gəldi:

Lənkəran rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Metbuat.az-ın məlumata görə, "Ləvəngi" dairəsində qeydə alınan hadisə zamanı Lənkəran rayonunun Xarxatan kənd sakini, 1995-ci il təvəllüdlü Fərahim Rza oğlu Nəhmətovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yol kənarında dayanan eyni markalı avtomobilə, nəticədə hərəkət istiqamətini dəyişən nəqliyyat vasitəsi də "Mercedes" markalı mikroavtobusa çarpılıb.

Hadisə zamanı VAZ-ın sürücüsü Fərahim Nəhmətov, sərnişinləri olan həmkəndliləri - 1996-cı il təvəllüdlü Elnur Mirqasım oğlu Sadıqzadə, 1987-ci il təvəllüdlü Röyal Ədalət oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların hər üçü reanimasiya şöbəsinə yerləşdirilib. Nisbətən yüngül xəsarətlər alan daha üç nəfər - Girdəni kənd sakini, 1962-ci il təvəllüdlü Kürsüm Canəli qızı Kərimova, Bürcəli kənd sakini, 1980-ci il təvəllüdlü Arzuman Möhübbət oğlu Sovqatov və Lənkəran şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədağa Heybət oğlu Hümmətov isə travmatalogiya şöbəsinə yerləşdiriliblər.(azerforum)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR