Putinin mükafatlandırdığı Ədalət Hacıyev KİMDİR -

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

Mükafatlandırılanlardan biri Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir.

Metbuat.az xəbər verir ki, Ədalət Hacıyev xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır. Ədalət Hacıyevin dosyesini təqdim edirik.


Hacıyev Ədalət Qasım oğlu 1959-cu il iyun ayının 29-da Bakı şəhərində anadan olmuşdur.

O, 1981-ci ildə D.Büyatzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının iqtisadiyyatı” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində başlayan Ə.Hacıyev, 1989-cu ildən bu günə kimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyir.

1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır.

Ə.Hacıyev işlədiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, teatr sahəsi üzrə kamil mütəxəssis kimi göstərmişdir.

O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Ə.Hacıyev çalışdığı kollektivin nüfuzunu qazanmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ə.Hacıyev 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR