Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Metbuat.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təkanlar bu gün yerli vaxtla saat 03:18-də qeydə alınıb.

Yeraltı təkanlar 3 maqnitudada olub. Zəlzələ ocağı 45 kilometr dərinlikdə yerləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR