Azərbaycanlılara kütləvi hücum -

Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” marketə kütləvi hücum olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı 24News.ge yayıb.

Mağaza sahibi Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslərdir. Q.Şamilov hücum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək, aldıqları məhsulun pulunu verməyəcəklərini dediklərini bildirib.

Onun sözlərinə görə, bu gün saat 17:00 radələrində bir qrup svan (gürcü) əsilli şəxslər mağazanın önünə gələrək, qarşısında duran gəncləri və mağaza sahiblərini döyməyə çalışıblar.

Mağaza sahibləri qeyd ediblər ki, onlar azərbaycanlılara, müsəlmanlara Dmanisidə yer olmadığı ilə bağlı ifadələr də işlədiblər. Xəbər portalımıza verilən məlumata əsasən, kütləvi hücum zamanı bir neçə nəfər ciddi xəsarətlər alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək araşdırmaya başlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR