Maska barədə açıqlama əhalidə təşviş yaratdı -

ABŞ-da peyvənd olunan şəxslərin qapalı və açıq məkanlarda maska taxması məcburi olmayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Lakin tibb qurumunun bu qərarı əhali arasında birmənalı qarşılanmayıb. Qərara etiraz edənlərin sayı xeyli çoxdu.

Qərarə etiraz edən sakinlər hesab edir ki, koronavirusun yeni növlərinin xüsusiyyətləri tam öyrənilməyib. Onların fikrincə peyvənd olunan şəxslər virusa yoluxaraq, COVİD-19-un yayılmasına səbəb ola bilər. Yerli medianın məlumatına görə, əhali maskadan imtina etməklə bağlı tərəddüd yaşayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR