x
Loading...
.

Kremldən sərhəddəki gərginliyə reaksiya - Putinin mövqeyi açıqlandı

Rusiya Bakı və İrəvanla daim təmasdadır. ErmənistanAzərbaycan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Vladimir Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmür:

“Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri daim təmasdadır. Biz eləcə də Bakı ilə təmasdayıq. Prezident Putin üçtərəfli razılaşmaların alternativsiz icra olunmasının tərəfdarıdır. Hazırda gərginliyin aradan qaldırılması və vəziyyətin düzəlməsi üçün səylər göstərilir”.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın hərbi yardımla bağlı məktubunu Putinin alıb-almaması ilə bağlı sualına isə Kremlin sözçüsü belə cavab verib: “Dəqiq deyə bilmərəm, amma bütün bu məsələlər ikitərəfli təmaslarda təbii ki, dəfələrlə müzakirə olunub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR