x
Loading...
.

27 yaşlı oğlan özünü heykəldən asaraq intihar etdi - AÇIQLAMA

.

Bakıda 27 yaşlı oğlan parkda Nikola Teslanın heykəlindən özünü asaraq intihar edib.

Metbuat.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, mayın 17-də saat 11 radələrində paytaxtın Nərimanov rayon sakini, 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əsgər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, habelə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR