x
Loading...
.

Polisə daxil olan şikayətlər nəticəsində toy məclisi keçirilənlər cərimələndi - VİDEO

.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilənkarantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb.

Metbuat.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Maştağa qəsəbəsində vətəndaş R.Qasımovanın xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə toy keçirməsi barədə polisə məlumat daxil olub. Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı və ümumilikə 70 nəfər iştirakçının karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslərdən 30-u yetkinlik yaşına çatmadığı üçün onlara xəbərdarlıq edilərək valideynlərinə təhvil verilib.

Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də, 40 nəfər iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR