x
Loading...
.

Səfirlik Dmanisidəki insidentlə bağlı bəyanat yaydı

Mayın 16-da Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə səfirlik tərəfindən dərhal reaksiya göstərilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi hamin hadisə ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, səfirliyin əməkdaşları hadisə yerinə baş çəkib, vəziyyətlə tanış olub, Gürcüstanın hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaradıblar.

Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir.

Xüsusilə vurğulanmalıdır ki, xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan–Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir.

Səfirlik soydaşlarımızı hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır.

Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar.

Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcək.

Bəyanatda, həmçinin deyilir: “Əziz soydaşlar, siz həmişə Azərbaycan–Gürcüstan dostluğunun əyani təzahürü olmusunuz. Səfirlik sizin bu önəmli missiyanızın öhdəsindən gəlməyinə hər zaman dayaq olmağa hazır və sizin müdrikliyinizə əmin olduğunu bildirir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR