18 yaşlı dizayneri iş yerində elektrik cərəyanı vuraraq öldürüb

Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Nərimanov Rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 2003-cü il təvəllüdlü Fuad Vahidli iş zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR