SON DƏQİQƏ! Xırdalanda nə baş verir? -

Xırdalanda partlayış səsləri eşidilib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə istifadəçilər məlumat paylaşıblar. Paylaşımlarda güclü partlayış səsinin eşidildiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən isə Metbuat.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xirdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR