Salyanda avtomobilin betona çırpılması nəticəsində sürücü ölüb

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 91-ci kilometrliyində qeydə alınıb. “Reno megan” markalı, 99 VD 376 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq betona çırpılıb.

Avtomobilin Anar adlı sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı BDYP-də araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR