Ermənistanda axtarışda olan keçmiş nazir

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, Yerevan şəhərinin sabiq meri Qaqik Beqleryan tutulub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, o, Moskavdan Yerevana qayıdan zaman Zvratnos hava limanında saxlanılıb.

Q.Beqleryan külli miqdarda dövlət vəsatini mənimsəməkdə, vəzifəsindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur. Onun barəsində 2020-ci ilin martından axtarış elan olunmuşdu.

Qeyd edək ki, Q.Beqlaryan 2006-cı ildən keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının üzvüdür. O, 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə isə nəqliyyat və rabitə naziri işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR