“8 Noyabr” stansiyasında Şəhid Xudayarın ifası səslənəcək? –

Sosial şəbəkələrdə "8 Noyabr" metrostansiyasında Şəhid Xudayar Yusifzadənin ifasının səslənəcəyinə dair video yayılıb.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı təkzib edib:

""8 Noyabr" stansiyasının adının əziz Şəhidimizin ifası ilə elan edilməsinə dair yayılmış videoməlumat həqiqəti əks etdirmir. Reallıqda belə bir şey yoxdur. Bu sadəcə kimlərinsə quraşdırma, montajıdır".

Qeyd edək ki, ölkə başçısının təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR