Mahir Şükürov FİFA-ya şikayət etdi

Mahir Şükürov FİFA-ya şikayət etdi
17:37 18 Yanvar 2015
85 İdman
Ölkə mətbuatı
A- A+

Futbolçu Türkiyənin "Karşıyaka" klubundan 55 min dollarını ala bilmir
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov FİFA-ya müraciət edib.

Anspress-in məlumatına görə, azərbaycanlı futbolçu hazırda formasını geyindiyi Türkiyənin "Karşıyaka" klubundan şikayətçidir.

Türkiyə mətbuatı 33 yaşlı sağ cinah müdafiəçisinin 2 aylıq əmək haqqını klubdan ala bilməməsini yazır. İzmir təmsilçisinin Şükürova 55 min dollar borcunun olduğu bildirilir. 19 yanvaradək həmin vəsaiti ödənməsə, təcrübəli futbolçu azad agent statusu alacaq. Yaşıl-qırmızılar isə Mahir Şükürovu itirmək istəmir və "Karşıyaka" rəhbərliyi onu buraxmaq istəmir. Bu səbəbdən klub rəsmiləri borcu ödəmək üçün səfərbər olublar.

Qeyd edək ki, daha öncə "Karşıyaka" eyni problem üzündən Berkan Emir və nigeriyalı Çikeluba Ofoedunun gedişinə əngəl ola bilməyib. Hazırda klub I vitse-prezident Azat Yeşilin 500 min lirəlik dəstəyi ilə nəfəs alır. Amma Tiaqo Keyruş Bezerra Baykal Kulaksızoğluna olan borc üzündən transfer qadağası ilə üz-üzə qalan "Karşıyaka" rəhbərliyi bu maddi dəstəklə daxildəki problemləri çözmək niyyətindədir.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR