x
Loading...

Prezidentin yeni fərmanı nəyi dəyişdirəcək? - ŞƏRH

.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, sığorta eksperti İlkin İbrahimov qafqazinfoya açıqlamasında fərmanı şərh edib.

Ekspert bildirib ki, bu fərmanla sosial sığorta kimi özünü göstərən sığorta növləri Dövlət Sosial Müdafiə Fonduna həvalə edilib:

"Göstərilən sığorta növləri birbaşa starteji əhəmiyyət daşımaqla yanaşı, dövlətin idarəçiliyinə keçməsi vacibdir. Çünki qeyd olunan icbari şəxsi sığortalar Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığı barədə məlumatların asanlıqla əldə edilməsinə gətirib çıxara bilərdi.

Yuxarıda sadalanan hallardan başqa bu sığorta növünün sosial xarakter daşıması da yəqin ki, burada mühüm əhəmiyyət kəsb etmiş, ən əsası isə son 2 ildə sığorta sektorunda olan bir çox vəzifəli şəxslərin ƏƏSMN-nə müxtəlif vəzifələrə getməsi, kadr potensialının genişlənməsi olmuşdur. Şübhəsiz ki, sığorta sektoru yaxşı kadrlardan əziyyət çəkirdi, ƏƏSMN-nə sığorta sektorundan təcrübəli başların getməsi bu sektoru daha da zəiflədir. Düzdür, hazırda sığorta ödənişlərində statistikada böyük ödənişlər görünür. Lakin elə bu ödənişlərin daha çoxu həyat sığortasında vətəndaşlara qaytarılan sığorta yığımları və İkinci Qarabağ müharibəsində həlak olmuş və ya müxtəlif dərəcəli xəsarətlər almış şəxslərə İcbari şəxsi sığortadan verilən kompensasiyadır.

Gəlinən qənaət ondan ibarətdir ki, ölkə rəhbərliyi bu sektorun idarəedilməsindən narazıdır. Nəzarətedici əvvəl Maliyyə Nazirliyindən alındı, 2016-cı ildə Maliyyə bazarlarına Nəzarət Paltası müstəqil oldu, 2019-cu ildə isə Mərkəzi Banka həvalə edildi. Yəni, ildə bu qədər nəzarətedicisi dəyişən qurum olmayıb. Hazırda icbari şəxsi sığortanın nəzarətedicisi də 2022- ci ildə yəqin ki, ƏƏSMN olacaq. Bununla bağlı 3 ay müddətinə prezidentə təkliflər veriləcək.
Bu dəyişiklik Azərsığorta şirkətinin yığımlarına və ödənişlərinə çox əhəmiyyətli təsir göstərəcək, yığımlar və ödənişlər xeyli azalacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR