Azərbaycanlı idmançı Türkiyədə həlledici döyüşə çıxacaq

17:38 18 Yanvar 2015
112 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 18 yanvar, AzərTAc
Azərbaycanlı məşhur K-1 döyüşçüsü Zabit Səmədov Türkiyədə həlledici döyüşə çıxacaq.
AzərTAc Türkiyə mətbuatına istinadla xəbər verir ki, fevralın 28-də İstanbulun “Sinan Erdem” idman arenasında keçiriləcək turnirdə peşəkar döyüşçülər mübarizə aparacaq. Arenada günün əsas döyüşü isə Z.Səmədov ilə türkiyəli idmançı Mert Akın arasında keçiriləcək.
Məlumatda döyüşün Türkiyənin “Kanaltürk” televiziya kanalından yayımlanacağı bildirilir.
Qeyd edək ki, kikboksçumuz Z.Səmədov sonuncu döyüşünü dekabrın 29-da Tokioda yaponiyalı qara kəmər sahibi, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara ilə keçirib və qələbə qazanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_idmanchi_Turkiyede_helledici_doyuse_chixacaq-825645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR