Azərbaycanda hər 100 min nəfərdən 83-ü yol qəzasında ölür

Travmatologiya və ortopediya çox bahalı və çətin sahədir. Məsələn bəzən müraciətlərə baxırıq yol qəzaları nəticəsində baş verən qalıcı travmalar və ölüm halları bizi çox məyus edir.

Metbuat.az Azvision.az istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycanda yol hərəkət qanunları, sürət həddi çox yaxşı tənzim olunub:

"Niyə bizə müraciətlər bu ehtiyatsızlıqdan olmalıdır?. Bizdə yol qəzaları ilə bağlı ölüm sıfıra bərabər olmalıdır. Təəssüf ki, ölkəmizdə yol qəzalarından hər 100 min nəfərdən 2018-ci ildə 79, 2019-cu ildə isə 83 nəfər dünyasını dəyişən insan olub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR